Avropa çempionatında erməni jurnalistin ürəyi getdi

Avropa çempionatında erməni jurnalistin ürəyi getdi

Baxış sayı: 2. 314 dəfə baxılıb.

Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında bədbəxt hadisə baş verib.

ÇıxışYolu.Com xəbər verir ki, ilk yarış günündə erməni jurnalist Karen Qiloyanın ürəyi gedib.

O, dəhlizdə huşunu itirərək yerə yıxılıb. Dərhal yerli tibbi personal onu özünə gətirməyə çalışıb. Erməni jurnalist xəstəxanaya aparılıb.

Qeyd edək ki, Karen Qiloyan Bakıda keçirilmiş Avropa Oyunlarında Ermənistan Milli Olimpiya Komitəsinin mətbuat katibi kimi ölkəmizə gəlib.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com