Avropa çempionatında ikinci yeri də Azərbaycan idmançısı tutubmuş – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanın çempion olduğu Avropa
çempionatında qrosmeysterimiz Rauf Məmmədovun xanımı, Ukraynanı təmsil edən
Natalia Buksa da medalçı olub.
O bununla bağlı özünün “Facebook” hesabında paylaşım edib.
Belə ki, şahmatçı qitə birinciliyində gümüş medal qazanıb.
N.Buksa fəxri kürsüyə yüksəldiyi üçün xoşbəxt olduğunu bildirib:
“Qadınlar arasında keçirilən Avropa çempionatında ikinci yeri tutdum. Çox
qürurluyam ki, Ukrayna bayrağını Avropa çempionatında qaldırdım. Bu işdə mənə
kömək edən hər kəsə təşəkkür edirəm. Həmçinin Ülviyyə Fətəliyeva və Lela
Cavaxişvilini təbrik edirəm”.
Qeyd edək ki, Natalia Buksa 2018-ci ildə Rauf Məmmədovla ailə həyatı qurub.