06bca454-f16c-4f41-b061-16d9ccefcd61..jpg

Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilərlə görüş keçirilib – FOTO

Baxış sayı: 582 dəfə baxılıb.

Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilərlə görüş keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl
Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin
Əmrullayev Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə
etmiş güləşçilər və məşqçi heyəti ilə görüşüblər.

AGF-dən verilən xəbərə görə, Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm
adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə vurğulanıb ki,
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin idmanın inkişafına verdiyi
önəm, müxtəlif idman növlərinin tərəqqisi və beynəlxalq arenada uğurlara imza
atan milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi
şöhrətini artırır.

Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur.
Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə
Azərbaycan Güləş Federasiyasının fəaliyyəti bu idman növünün inkişafını daha da
stimullaşdırır, populyarlığını və kütləviliyini artırır.

Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə
birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş
üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıb. Qadın güləşçilərimiz
də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan
yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal
qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8
bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar. 1960-cı
ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları
istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa edilib.

Hazırda Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi
ilə ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi gimnaziyada
təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı,
bütün zəruri avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və
yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər. 5-11-ci
siniflərdə oxuyan güləşçilər bu mühitdə daha yüksək bilik və bacarıqlara
yiyələnmək imkanı qazanırlar. Növbəti tədris ilindən gimnaziyaya daha çox
güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır. Bu layihə Azərbaycan güləşinin
inkişafında, yeni sağlam nəslin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Həmçinin tədbirdə bildirilib ki, Avropa çempionatı kimi mötəbər yarışda uğurlu
nəticələr sərgiləmiş idmançılarla görüşün gimnaziyada keçirilməsi təsadüfi
deyil. Burada təhsil alan yeniyetmə güləşçilərin peşəkar güləşçilərlə yaxından
tanış olması, uğurlarına şahidlik etməsi onlara bu sahədə inkişaf etmək üçün
əlavə stimul olacaq.

Xarici dillər təmayüllü gimnaziya 1 029 yerlikdir. Yeni binada sinif,
laboratoriya, informatika və hərbi hazırlıq otaqları, kitabxana və yeməkxana
yaradılıb. Kompleksin həyətində yerləşən 3 mərtəbəli yataqxana korpusu 185
yerlikdir. Burada sinif və yataq otaqları, yeməkxana, akt və qapalı idman
zalları fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman
meydançası mövcuddur.

Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə keçiriləcək Avropa
Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkili istiqamətində görülən
işlər barədə məlumat verilib və yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir
təşkilatçısı kimi növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə
çatdırılıb, turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.

Həmkarlarım gənclər və idman naziri Fərid Qayıbov (@faridgayibov
) və elm və təhsil naziri
Emin Əmrullayev (@EminAmrullayev
) ilə birlikdə Mərdəkan
qəsəbəsində fəaliyyət göstərən Xarici Dillər Təmayüllü Gimnaziyada Rumıniyada
keçirilmiş#Avropaçempionatı

-nda uğurlu nəticələr əldə…pic.twitter.com/AYxbXNcKyy
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 30, 2024

Source link