Avropa çempionatından əvvəl Azərbaycan şahmatçısının noutbuku oğurlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan şahmatçısı Rauf Məmmədovun Monteneqronun Budva şəhərində keçirilmiş
Avropa çempionatından əvvəl noutbuku itib.
Bu barədə “Report”a açıqlamasında 35 yaşlı qrossmeyster bildirib.
Məmmədov qitə çempionatının bu səbəbdən onun üçün çətin başladığını söyləyib:
“Bu yarışdan əvvəl İngiltərədə turnirdə idim. Londondan Monteneqroya gedəndə
noutbukum oğurlandı. İki gün tapmaq üçün çalışdıq. Amma artıq üç həftə keçib.
Hələlik bir xəbər yoxdur. Məncə, artıq tapılmayacaq. Avropa çempionatı vaxtı
kapitanımız Qədir Hüseynovun noutbuku ilə məşğul olurdum. Hazırlaşmaq barədə
problem olmadı, çox sağ olsun. Şahmatçı və jurnalist üçün noutbuku itirmək
işini itirməyə bərabərdir. Böyük şəhərlərdə belə hadisələr olur”.
Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz yarışı doqquz xalla 18-ci
yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub.