2e1f8ec8-2fda-4e40-b677-3c750ccec635..jpg

Avropa çempionu “Bellator”da Azərbaycanı təmsil edəcək

Baxış sayı: 1. 136 dəfə baxılıb.

Avropa çempionu “Bellator”da Azərbaycanı təmsil edəcək

MMA döyüşçüsü Əli İsayev “Bellator”da Azərbaycan bayrağı altında çıxış edəcək.

Bu barədə 31 yaşlı idmançı “Match TV”yə açıqlama verib.

İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb.

“Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib
məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza
verməyəcəkdilər”, – deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu
ildə Azərbaycan millisinin heyətində 120 kq çəki dərəcəsində Avropa
çempionluğunu qazanıb.

İdmançının “Bellator”da ilk rəqini ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev
bundan əvvəl keçirdiyi 9 döyüşün hamısında qələbəni bayram edib.

Source link