29c5bd6d-3428-40f1-96f9-0f5bec08cc19..jpg

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

Baxış sayı: 566 dəfə baxılıb.

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arzum həyata keçdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva
söyləyib.

27 yaşlı qrosmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa
çempionatının qalibi olması barədə ilk təəssüratını bölüşüb:

“İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm.
Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə
dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox
gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss
olunurdu”.

Qeyd edək ki, Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın
Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Source link