Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.
ÇıxışYolu.Com xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Güləşçilərimizdən ötən ilin Avropa çempionu Ülvi Qənizadə yarışa prinsipial görüşlə start verəcək. 72 kq çəki dərəcəsində mübarizə aparan Ülvinin təsnifat mərhələsindəki rəqibi Ermənistan təmsilçisi Samvel Qriqoryan olacaq. Qeyd edək ki, bu görüş sabah keçiriləcək.