37315a8e-fdf0-4422-9e17-dbd45a0a8364..jpg

Avropa futbolunun qış transfer dövründə ən səs-küylü keçidləri – SİYAHI

Baxış sayı: 1. 039 dəfə baxılıb.

Avropa futbolunun qış transfer dövründə ən səs-küylü keçidləri – SİYAHI

Qış transfer dövrü Avropa klubları üçün olduqca hərəkətli keçib. Bəzi
klubların passivlik nümayiş etdirdiyi transfer dönəmində bir sıra Avropa
təmsilçiləri isə xüsusilə aktiv olublar.

Cixisyolu.com Avropa futbolunda qış transfer pəncərəsində rəsmiləşən səs-küylü
keçidləri xronoloji ardıcıllıqla təqdim edir:

Transferin ilk günlərində Kriştianu Ronaldu azad agent kimi Səudiyyə
Ərəbistanının “Ən-Nəsr” klubuna keçib.

Dünya çempionatında parlaq oyunlar keçirən niderlandlı Kodi Qakpo – PSV-dən 42
milyon avro qarşılığında “Liverpul”a keçib. Bir qədər sonra isə onun həmyerlisi
Deyli Blind azad agent kimi “Bayern”ə transfer olunub.

Qış transfer dövrünün rezonans doğuran transferlərinə isə “Çelsi” imza atıb.
London klubu əvvəlcə Joau Feliksi Madrid “Atletiko”sundan 11 milyon avro
qarşılığında icarəyə götürüb. Daha sonra isə ukraynalı Mixaylo Mudrik
“Şaxtyor”dan Çelsiyə 70 milyon avroya keçib.

PSJ-nin ispaniyalı futbolçusu Pablo Sarabiya 5 milyon avroya “Vulverhempton”un
düşərgəsinə cəlb olunub. “Barselona”da çıxış edən Memfis Depay 3 milyon avro
qarşılığında Madrid “Atletiko”sunun yolunu tutub.

Ronaldu transferindən sonra hücum bölgəsini gücləndirən Səudiyyə Ərəbistanının
“Ən-Nəsr” klubu Vensan Abubakarla yollarını ayırıb. Futbolçu azad agent kimi
“Beşiktaş”ın yolunu tutub.

Transfer pəncərəsinin ən aktiv klubu olan “Çelsi” “Benfika”dan Enzo Fernandesi
heyətinə qatıb. Futbolçunun keçidi “zadəganlar”a 121 milyon avroya başa gəlib.

Qış transfer pəncərəsinin son günlərində isə PSJ Keylor Navasla yollarını
ayırıb. Qapıçı “Nottinqem Forest” klubuna icarəyə verilib. Eləcə də “Barselona”
Hektor Belyerini “Sportinq”ə, “Mançester Siti” isə Joau Kanselunu “Bayern”ə
icarəyə göndərib.

Növbəti dəfə transfer məsələsində gündəmə gələn “Çelsi” 11,3 milyon avro
qarşılığında Jorjinyonu “Arsenal”a göndərib.

Source link