Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının komanda idman növləri üzrə qrup mərhələsinin püşkü atılıb.
ÇıxışYolu.Com xəbər verir ki, püşk nəticəsində voleybol, həndbol və basketbol üzrə kişi və qadınlar arasında baş tutacaq yarışlarda qrupların tərkibi bəlli olub. Basketbol qız milli komandalarının yarışında meydan sahibi olan Azərbaycan mübarizə aparmayacaq.
VOLEYBOL
Oğlanlar
A qrupu: Almaniya, Rusiya, Belarus, AZƏRBAYCAN
B qrupu: Çexiya, İtaliya, Bolqarıstan, Belçika
Qızlar
A qrupu: Rusiya, Boqarıstan, Rumıniya, AZƏRBAYCAN
B qrupu: İtaliya, Türkiyə, Belarus, Almaniya
HƏNDBOL
Oğlanlar
A qrupu: Danimarka, Almaniya, Serbiya, AZƏRBAYCAN
B qrupu: İslandiya, Xorvatiya, Fransa, Sloveniya
Qızlar
A qrupu: Fransa, Rumıniya, Hollandiya, İspaniya
B qrupu: Macarıstan, İsveçrə, Çexiya, AZƏRBAYCAN
BASKETBOL
Oğlanlar
A qrupu: Xorvatiya, Fransa, Serbiya, AZƏRBAYCAN
B qrupu: İspaniya, Türkiyə, Almaniya, Litva
Qızlar
A qrupu: İtaliya, Fransa, Rusiya, Belçika
B qrupu: Çexiya, Türkiyə, Macarıstan, Polşa
Xatırladaq ki, Avropa Gənclər Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək. Festivalda 10 idman növü üzrə mübarizə baş tutacaq. Yarışın rəsmi açılış mərasimi Bakı Kristal Zalda keçiriləcək.