be70abbb-ea7e-46e0-a468-d843e0e4b018..jpg

“Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası – Bakı 2023”ün bağlanış mərasimi keçirilib – FOTO

Baxış sayı: 514 dəfə baxılıb.

“Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası – Bakı 2023”ün
bağlanış mərasimi keçirilib – FOTO

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Avropa Gənclər Parlamenti –
Azərbaycan” (AGP) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə
“Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası – Bakı 2023”
layihəsinin Heydər Əliyev Mərkəzində bağlanış mərasimi baş tutub.

“Report” xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan milli rəqsi, Tofiq
Quliyevin əsərlərindən biri olan “Qaytağı” və tədbirin ən maraqlı anlarını
özündə birləşdirən videoçarx nümayiş edilib.

Təqdimatlardan sonra isə Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin
müdiri Ramil Cabbarov, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov və
“Avropa Gənclər Parlamenti – Azərbaycan”ın prezidenti Məhəmməd Əliyevin
çıxışları dinlənilib.

Çıxış nitqlərindən sonra isə Azərbaycan da daxil olmaqla Avropanın 35
ölkəsindən nümayəndə qismində qatılan 275 gənc Avropa Gənclər Parlamenti
tərəfindən sertifikat ilə təltif olunublar.

Uğurla keçirilən “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası –
Bakı 2023” növbəti sessiyanın keçirilməsi üçün estafeti Türkiyəyə ötürüb.

Bundan sonra isə bağlanış mərasimində iştirakçılara bədii proqram çərçivəsində
milli müsiqi nümunələri təqdim edilib.

Rəsmi hissənin ardınca qonaqlar sessiya elementlərini əks etdirən sərgi ilə
tanış olub.

“Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası – Bakı 2023”ün
bağlanış mərasimi xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Source link