7ff4223a-cc21-4e7d-ac7d-3f6fb347697b..jpg

Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Baxış sayı: 900 dəfə baxılıb.

Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa
Gimnastikasının (EG) İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.

Cixisyolu.com-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaq bu il
22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.

Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan
iclasında qəbul edilib.

Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin
adları təsdiqlənəcək.

Source link