Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsi əleyhinə hərəkətə keçdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsinə rəqib olaraq hazırladığı
“Qlobal Gateway” (Qlobal Keçid Qapısı) layihəsini tanıtmaq üçün gələn həftə
təxminən 20 ölkənin rəhbərlərini Brüsselə toplayacaq.
Sammitin oktyabrın 17-də Çinin təşəbbüsü ilə 130-dan çox ölkəni Pekinə
toplayıb “Bir kəmər, bir yol” layihəsi ətrafında müzakirələri təşkil etdiyi
foruma cavab olaraq təşkil edildiyi bildirilir.
Qeyd olunur ki, oktyabrın 25-26-da Brüsseldə keçiriləcək “Qlobal Gateway”
Forumunda iştirak edəcək dövlət və hökumət başçıları arasında Banqladeş,
Seneqal, Namibiya və Moldovanın dövlət və hökumət başçıları da yer alacaqlar.
Məlumat üçün əlavə edək ki, “Qlobal Gateway” adlı layihəyə 300 milyard avronun
xərclənməsi planlaşdırılır.
Avropa İttifaqı (Aİ) yeni investisiya proqramı ilə Çinin yeni “İpək Yolu”
layihəsinə rəqib olmağı nəzərdə tutub. AB Komissiyasının sədri Ursula fon der
Lyayen tərəfindən Brüsseldə ictimaiyyətə təqdim edilən layihə çərçivəsində
2027-ci ilə qədər dövlət və özəl resurslardan istifadə etməklə, dünya
miqyasında avtomobil yolları, dəmir yolları kimi nəqliyyat əlaqələri ilə
dənizin altından keçən fiber-optik internet kabelləri, elektrik şəbəkələri və
infrastruktur layihələri həyata keçiriləcək, səhiyyə sisteminə investisiya
qoyulacaq.
“Global Gateway” adlanan layihə rəsmi olaraq bu cür fəaliyyətə başlamasa da,
2013-cü ildə Türkiyənin də daxil olduğu Çinin həyata keçirdiyi “Bir kəmər, bir
yol” layihəsinə Aİ-nin cavabı hesab olunur.
Mənbə: Bloomberg