“Google”, “Facebook”, “Amazon”, UBER, “Airbnb” kimi milyard dollar gəliri olan beynəlxalq şirkətlərə Avropa Birliyi tərəfindən üç faizlik vergi tətbiq ediləcək.
ÇıxışYolu.Com xəbər verir ki, Avropa Komissiyası tərəfindən hazırlanan təklifə görə sözügedən şirkətlər üç faiz vergi ödəyəcəklər.
Qeyd edək ki, bu təklif ilk olaraq Fransa tərəfindən gündəmə gətirilmişdi. O zaman 1-5 faiz arasında vergi tətbiqi fikri irəli sürülürdü.
Avropa Komissiyası belə bir qərar verəcəyi halda qlobal gəliri 750 milyon avro olan, Avropa Birliyi sərhədlərində isə 50 milyon avrodan çox qazanc əldə edən şirkətlər vergi ödəyəcəklər.