Avropa İttifaqı müharibə planlaşdırır? – Borreldən AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa diplomatiyasının rəhbəri Josep Borrel “La Sexta” telekanalına
müsahibəsində Avropa İttifaqının döyüşmək fikrində olmadığını bildirib.
O qeyd edib ki, Şərqi Avropada müharibə gedir. Diplomatın sözlərinə görə, bu,
heç də sona çatmaq üzrə deyil.
O, avropalıları Aİ ölkələri arasında yaradılmış sülhün dəyərini başa düşməyə
çağırıb.
“Biz müharibə vəziyyətində deyilik və bunu planlaşdırmırıq. Əgər Avropa
İttifaqı müharibə vəziyyətində olsaydı, bu, üçüncü dünya müharibəsi olardı”, –
Borrel bildirib.
O, həmçinin Aİ-nin müdafiə qabiliyyətini artırmaq barədə düşünməli olduğunu
deyib.