Brüsseldə keçiriləcək 11 iyul sammiti ərəfəsində Avropa İttifaqının doqquz üzv-dövləti müdafiə məqsədilə öz birgə çevik reaksiya qüvvələrini yaratmaq təşəbbüsü ilə çıxış edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Focus-online” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu addım Berlin və Parisin bir növ ABŞ lideri Donald Trampa etirazıdır. Belə ki, bu dövlətlər artıq hərbi məsələdə Ağ Ev rəhbərinə bel bağlaya bilmir.
Yeni təşəbbüsdə əsas məqsəd, böhran hallarında çevik hərbi reaksiyanı təmin etmək üçün baş qərargahlar arasında daha sıx əməkdaşlıq yaratmaqdır.
Məlumata görə, Böyük Britaniya da “Brexit” prosesindən sonra bu hərbi təşəbbüsdə iştirak etməyə söz verib. Bundan əvvəl rəsmi London hər vəchlə təhlükəsizlik siysətində NATO hüdudlarından kənarda Avropa inteqrasiyasının əleyhinə çıxırdı.