Avropa İttifaqı Paşinyanın cavabını verdi

Avropa İttifaqı Paşinyanın cavabını verdi

Baxış sayı: 2. 642 dəfə baxılıb.

Avropa İttifaqı Paşinyanın cavabını verdi

“Biz hesab edirik ki, Daglıq Qarabag münaqişəsinin nizamlanması üçün səmərəli format tapmaq, ilk növbədə Daglıq Qarabağın bu məsələdə iştirakını təmin etmək lazımdır”.

Armenpress xəbər verir ki, bu fikirləri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransı zamanı səsləndirib.

Komissar Yohannes Xan öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mövcud formatın saxlanmasının vacibliyini vurğulayıb:

“Paşinyanın baş nazirliyi müddətində yeni görüşlər, o cümlədən XİN başçılarının görüşləri keçirilib. Bunu irəliləyiş kimi qiymətləndirmək olar. Nizamlanma məsələsinin Aİ tərəfindən dəstəklənməsinə gəlincə, biz mövcud formatın saxlanmasının tərəfdarıyıq. Ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq yaradılması məsələsinə baxmalıyıq. İmkanlar olmalıdır. Hesab edirəm ki, vəziyyətin müsbət yolda inkişafı üçün regionda əlverişli şərait var”.

Qeyd edək ki, Nikol Paşinyanın yeni format tapmaq təklifinə cavab olaraq Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz.