Rəsmi Ankara Yunanıstan hökumətini beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. Buna səbəb Afinanın 2016-cı il dövlət çevrilişinə cəhddə iştirak etmiş qaçaq Türkiyə vətəndaşlarını Ankaraya təhvil verməkdən imtina etməsidir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Ankarada keçirdiyi brifinqdə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Yunanıstanın FETÖ tərəfdalarına siyasi sığınacaq verməsini pisləyib və onları təxribatçı addımlardan daşınmağa çağırıb.
Baş nazir müavini eyni zamanda Avropa İttifaqını tənqid atəşinə tutub. Bozdağ vizasız rejimin tətbiqi məsələsini uzatdığına və Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı danışıqları dondurduğuna görə, bloku ədalətsizlikdə ittiham edib.