Avropa İttifaqına əsas təhlükə liberal dəyərlər vaxtının arxada qaldığını düşünən siyasətçilərdir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Yurki Kataynen bəyan edib.
O qeyd edib ki, liberal demokratiya heç vaxt belə çağırışla üz-üzə qalmamışdı.
Kataynen əlavə edib ki, bu, Avropa Parlamentinə seçkiqabağı kampaniyanın əsas mövzusu olacaq.