Ötən həftə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Şimali
Makedoniyaya səfər edib.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, artıq bir neçə ildir, bu ölkənin Avropa İttifaqına qəbulu
məsələsi gündəmdədir. Lakin Bolqarıstanın irəli sürdüyü şərt bu qəbulun baş
tutmasının qarşısını alır.
Sofiya tələb edir ki, rəsmi Skopye Konstitusiyaya düzəlişlər edərək
Bolqarıstanın cənubundakı əhalini etnik azlıq kimi tanısın.
Bolqarıstanın bu iddiası avropalı siyasətçilər tərəfindən normal qarşılansa
da, Azərbaycanın Ermənistandan Konstitusiya dəyişikliyi tələbi nədənsə onlarda
ciddi qıcıq hissi yaradır.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Avropa İttifaqının tapmacaları