1fe8db44-348e-4885-9d4a-9efac2d65811..jpg

Avropa Komissiyası Slovakiya baş nazirinə sui-qəsdlə bağlı reaksiya bildirdi – FOTO

Baxış sayı: 742 dəfə baxılıb.

Avropa Komissiyası Slovakiya baş nazirinə sui-qəsdlə bağlı reaksiya bildirdi –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Slovakiyanın Baş naziri
Robert Fitsoya qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib.

Bu barədə o, “X” hesabında müvafiq bəyanat paylaşıb.

“Mən Robert Fitsoya qarşı alçaq hücumu qəti şəkildə pisləyirəm. Bu cür
zorakılıq aktlarına cəmiyyətimizdə yer yoxdur. Bu cür hərəkətlər ən dəyərli
ümumi sərvətimiz olan demokratiyaya xələl gətirir. Düşüncələrimlə Baş nazir
Fitso və onun ailəsinin yanındayam”, – deyə Ursula fon der Lyayen paylaşımda
qeyd edib.

Source link