8c5d095e-e0a1-4e5a-86a7-aa0b9065f35a..jpg

Avropa Kuboku: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Baxış sayı: 677 dəfə baxılıb.

Avropa Kuboku: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən
Avropa Kubokuna qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində
mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.

Döyüş boksçumuzun xeyrinə yekunlaşıb. İsgəndərov 4:0 (29:27, 28:28, 29:27,
29:27, 29:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Canluici Malanqa (İtaliya)
ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Sərxan
Əliyev (71 kq), və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa
vurublar.

Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4
boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya),
Malik Həsənov (63,5) Lounes Hamraoui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq)
Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kq) Aleksey Alfiorovla
(Belarus) döyüşəcəklər.

Source link