6ef7f7cd-8dbf-472b-bdac-8e3f48d5cee0.jpg

Avropa Kuboku: “Azərreyl” çempion olub

Baxış sayı: 255 dəfə baxılıb.

“Azərreyl” klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində
keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.

“Report” xəbər verir ki, komanda həlledici matçda Ukraynanın “Sunrise Beach
Spors Academy” klubu ilə üz-üzə gəlib.

İki oyundan birində “Azərreyl” (2:1) digərində isə rəqib (0:2) qalib gəlib.
Ardınca baş tutan qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün
olan təmsilçimiz yarışın qalibi adını qazanıb.

Source link