07616342-b62d-4429-bd68-c9c5343d022c..jpg

Avropa Liqası: 1/4 final cütləri bu gün bilinəcək

Baxış sayı: 624 dəfə baxılıb.

Avropa Liqası: 1/4 final cütləri bu gün bilinəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın
püşkü atılacaq.

Cixisyolu.com-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma
mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi
bəlli olacaq.

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Atalanta”,
“Roma”, “Milan” (hamısı İtaliya), “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə),
“Bayer 04” (Almaniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də,
yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də
Dublindəki “Aviva” stadionunda olacaq.

Source link