09d3370d-0779-4aa3-9347-e85e8b75c69b..jpg

Avropa Liqası: “Molde” – “Qarabağ” oyununda birinci hissə başa çatıb – YENİLƏNİR + VİDEO

Baxış sayı: 584 dəfə baxılıb.

Avropa Liqası: “Molde” – “Qarabağ” oyununda birinci hissə başa çatıb –
YENİLƏNİR + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının
qrup mərhələsinin V tur oyununda birinci hissə başa çatıb.

“Aker” stadionunda təşkil olunan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.

00:14

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının
qrup mərhələsinin V tur oyununda hesab açılıb.

“Aker” stadionunda təşkil olunan qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi
vurub.

Qonaq komandanın heyətində 11-ci dəqiqədə Juninyo fərqlənib – 1:0.

00:04

“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının
qrup mərhələsinin V tur oyunu başlayıb.

Cixisyolu.com xəbər verir ki, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı
vaxtı ilə saat 00:00-da start verilib.

Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə
edir.

23:00

UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək “Molde”
(Norveç) və “Qarabağ”ın start heyətləri bəlli olub.

Cixisyolu.com xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Molde”: 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper
Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22.
Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa

Baş məşqçi: Erlinq Moe

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə,
81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7.
Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.

21:40

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Molde” – “Qarabağ”
oyununa satılan bilet sayı bəlli olub.

“Report”un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, “Aker”
stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması
gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də “Qarabağ”a dəstək
verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da
başlayacaq. Hazırda “Qarabağ” və “Molde” hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü
yerlərdə qərarlaşıblar.


Source link