Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

Baxış sayı: 3. 545 dəfə baxılıb.

Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

Avropa Liqasında  I təsnifat mərhələsinin püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb.

 ÇıxışYolu.Com-nun məlumatına görə, püşkatma mərasimi  İsveçrənin Nyon şəhərində,UEFA-nın mənzil qərargahında keçiriləcək.

Komandalar 9 qrupda yer alacaq. Bunlardan yeddisinə 10, ikisinə 12 komanda daxil edilib.

İyunun 18-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq tədbirdə iştirak edəcək “Neftçi” və “Səbail”in  potensial rəqiblərinin də sayı azalıb.

V qrupun səpələnmişlərindən olan “Neftçi”nin 5 mümkün rəqibi var – “Hibernian” (Malta), “Rujomberok” (Slovakiya), “Akademiya Pandev” (Şimali Makedoniya), “Zeta” (Monteneqro) və “Speranta” (Moldova).

“Səbail” isə  IX qrupa düşüb. Onun mümkün rəqibləri “Petrokub” (Moldova), “Trans” (Estoniya), “Baltsan” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Universitatya” (Rumıniya) və “Laçi” (Albaniya) komandalarıdır.

Qeyd edək ki, Avropa Liqasında ilkin mərhələ iyunun 27-də və iyulun 4-də, I təsnifat mərhələsi iyulun 11-də və 18-də baş tutacaq.