e565ac79-c7ce-43ab-ae0d-3e56ae2866e0..jpg

Avropa Liqası: “Qarabağ” İsveçdə “Hakken”ə qalib gəlib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 593 dəfə baxılıb.

Avropa Liqası: “Qarabağ” İsveçdə “Hakken”ə qalib gəlib – YENİLƏNİB + VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Cixisyolu.com-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II
turda İsveçdə “Hakken”in qonağı olub.

“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa
çatıb – 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra
topu qapıdan keçirib.

İlk turda Bakıda “Molde”ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi
xallarının sayını 6-ya çatdırıb.

H qrupunun digər görüşündə Almaniyanın “Bayer 04” komandası Norveçdə “Molde”yə
qalib gəlib – 1:2. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində
“Qarabağ”ı üstələyir və liderliyini davam etdirir. “Molde” və “Hakken”in isə
xalı yoxdur.

00:33

İsveçdə “Hakken” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup
mərhələsinin II tur oyununda hesab açılıb.

Cixisyolu.com-ın məlumatına görə, Azərbaycan təmsilçisi 70-ci dəqiqədə meydan
sahiblərini məyus edib.

Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

00:05

İsveçdə “Hakken” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup
mərhələsinin II tur oyununda ikinci hissə başlayıb.

Cixisyolu.com-ın məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.

05 oktyabr, 23:48

İsveçdə “Hakken” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup
mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Cixisyolu.com-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

05 oktyabr, 23:03

İsveçdə “Hakken” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa
Liqasının qrup mərhələsinin II tur oyunu start götürüb.

Cixisyolu.com-ın məlumatına görə, “Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə
saat 23:00-da başlayıb.

Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edir.

H qrupunun digər matçında Almaniyanın “Bayer 04” kollektivi Norveçdə “Molde”
ilə üz-üzə gəlir.

05 oktyabr, 22:01

İsveçdə UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda üz-üzə gələcək
“Hakken” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Cixisyolu.com xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Hakken”: 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham
Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon
Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko

Baş məşqçi: Per Matias Hoqmo

“Qarabağ”: 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55.
Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77.
Yassin Benzia, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə
saat 23:00-da başlayacaq.

Source link