Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, turun ən gözlənilən oyunda “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edib. İtaliyada keçirilən qarşılaşmanın ilk hissəsində meydan sahiblərini 2 dəfə mərkəzə dəfət edən londonlular 1/4 finalın qapısını aralayıb.
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmuş “Atletiko” ilk oyununu evdə keçirib. Madrid təmsilçisi Moskva “Lokomotiv”inin qapısından 3 cavabsız top keçirməklə, böyük üstünlük əldə edib.
Turnirin güclü komandalarından hesab olunan Dortmund “Borussiya” gözlənilmədən doğma azarkeşləri önündə Avstriya “Zalsburq”una uduzub.
Avropa Liqasında mübarizə aparan Rusiyanın hər 3 klubu ilk görüşdə rəqibinə məğlub olub.
Avropa Liqası
1/8 final, ilk oyunlar
8 mart
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) – 0:2
Qollar: Mxitaryan, 15; Remsi, 45+4
“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) – 3:0
Qollar: Saul, 22; Dieqo Kosta, 47; Koke, 90
“Borussiya” D. (Almaniya) – “Zalsburq” (Avstriya) – 1:2
Qollar: Şürrle, 62 – Berişa, 49, (pen.), 56
MOİK (Rusiya) – “Lion” (Fransa) – 0:1
Qol: Marselo, 68
“Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:2
Qollar: İmmobile, 54; Anderson, 62 – Tsiqankov, 52; Moraeş, 79
“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) – 2:1
Qollar: Bruma, 56; Verner, 77 – Krişito, 86
“Marsel” (Fransa) – “Atletik” (İspaniya) – 3:1
Qollar: Okampos, 1, 57; Paye, 14 – Aduriz, 45+3 (pen.)
“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) – 2:0
Qollar: Montero, 45+1, 49