Avropa Liqasında hesablar hədiyyə qazandırır

Baxış sayı: 2. 525 dəfə baxılıb.

Avropa Liqasında hesablar hədiyyə qazandırır

Bakı ilk dəfə qitənin ən mötəbər yarışlarından biri – UEFA Avropa Liqasının final oyununa ev sahibliyi edəcək. 56 klubun iştirak etdiyi nüfuzlu turnirin həlledici görüşündə gərgin mübarizədən qalib ayrılacaq yalnız 2 komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

Futbolda nə qədər uzaqgörənsiniz? Hesablarda təxminlərinizə güvənirsinizsə, o zaman final qarşılaşması ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında xüsusi layihə sizin üçündür. Yarışda iştirak etmək istəyirsinizsə, saytda “Hesabı tap” bölməsinə daxil olmaq, qeydiyyatdan keçmək və təxminlərinizi qeyd etmək lazımdır.

Düzgün  təxmin edilmiş hesaba görə 3 xal, düzgün təxmin edilmiş nəticəyə görə isə 1 xal hesablanır. Siz təxminlərinizi oyunun başlamasından 1 saat əvvələ kimi yaza bilərsiniz. Eyni zamanda oyunun başlamasına 1 saat qalmışa qədər təxminlərinizi istədiyiniz qədər dəyişə bilərsiniz.

Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların düzgün tapılan nəticələri xal sistemiylə liqa formatında toplanacaq. 1000-dən çox iştirakçının qeydiyyatdan keçdiyi yarışda əsas mükafat fondu 2000 AZN-dir. Ən çox xal toplayan iştirakçıları isə sonda qiymətli hədiyyələr gözləyir. Siz də https://finalbaku2019.az/predictor/ linkindən qeydiyyatdan keçə bilərsiniz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.  

www.ÇıxışYolu.Com