2019-cu ilin mayında finalı ilk dəfə Bakıda baş tutacaq UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq daha 21 komandanın adına aydınlıq gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, sabah Bakı vaxtı ilə saat 15:00-da 32 komanda nümayəndəsinin iştirakı ilə püşkatma mərasimi keçiriləcək.
“Qarabağ” 20.500 əmsalla Çempionlar Liqasında uduzduğu BATE ilə birgə III səbətdə yer alıb. Bu isə o deməkdir ki, IV səbətdən “Qarabağ”a əmsalı aşağı olan nisbətən zəif komandalar düşəcək.
I səbət
“Sevilya” (İspaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə), “Zenit” (Rusiya), “Bayer” (Almaniya), “Dinamo” (Ukrayna), “Beşiktaş” (Türkiyə), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Vilyareal” (İspaniya), “Anderlext” (Belçika), “Latsio” (İtaliya)
II səbət
“Sportinq” (Portuqaliya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Marsel” (Fransa), “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan), “Milan” (İtaliya), “Genk” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Krasnodar” (Rusiya), “Astana” (Qazaxıstan), “Rapid” (Avstriya)
III səbət
“Betis” (İspaniya), “QARABAĞ” (AZƏRBAYCAN), BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Leypsiq” (Almaniya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Malmö” (İsveç), “Spartak” (Rusiya), “Standard” (Belçika), “Sürix” (İsveçrə), “Bordo”, “Ren” (hər ikisi Fransa)
IV səbət
“Apollon” (Kipr), “Rusenborq” (Norveç), “Vorskla” (Ukrayna), “Slaviya” (Çexiya), “Akhisar Bələdiyyəspor” (Türkiyə), “Yablonets” (Çexiya), AEK (Kipr), “Vidi” (Macarıstan), “Reyncers” (Şotlandiya), “Düdelanj” (Lüksemburq), “Spartak” (Slovakiya), “Sarpsborq” (Norveç).
Qeyd edək ki, püşkatma mərasimində Avropa Liqasının səfiri kimi Vəli Qasımov iştirak edəcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com