7470a2c1-9137-44e0-af4d-62eaa2bf2cd3..jpg

Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Baxış sayı: 696 dəfə baxılıb.

Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında uçot dərəcəsi 4,5%
səviyyəsində saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında bildirilir.

“Əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən
marjinal kredit xətti və depozit xətti üzrə faiz dərəcələri sabiq qalaraq
müvafiq olaraq 4,50%, 4,75% və 4,00% təşkil edəcək”, – məlumatda qeyd edilib.

Bundan başqa, ECB cari il üçün avrozonanın ÜDM artımı proqnozunu sentyabrda
gözlənilən 0,7%-dən 0,6%-ə endirib. 2024-cü il üçün proqnoz da əvvəllər
gözlənilən 1%-dən 0,8%-ə endirilib. 2025-ci ildə ECB avrozonanın ÜDM-nin 1,5%
artacağını gözləyir.

Source link