Avropa Mərkəzi Bankına haker hücumu

Baxış sayı: 2. 175 dəfə baxılıb.

Avropa Mərkəzi Bankına haker hücumu

Avropa Mərkəzi Bankına haker hücumu olub.

TASS xəbər verir ki, kimliyi hələlik müəyyənləşməyən şəxslər tərəfindən bankın müştərilərinin adları, e-mail ünvanları və digər məlumatların olduğu hissəyə kiber hücum həyata keçirilib.

Hakerlər parolları əldə edə bilməsə də, ümumilikdə 481 istifadəçi bu və ya digər şəkildə zərər görüb.

Bildirilib ki, önəmli məlumatlar əlçatmaz olub.

Hakerlərin hücumu bankın saytında texniki işlər görülən zaman fərq edilib.