Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın qadın güləşçisi mübarizəni
dayandırıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Bakıda keçirilən Avropa Olimpiya
Təsnifat turnirində mübarizəyə başlayıb.
“Report” xəbər verir ki, 62 kq çəki dərəcəsində yer alan idmançı təsnifat
mərhələsində fransalı Amelin Duarre ilə üz-üzə gəlib.
Rəqibinə 4:6 hesabı ilə məğlub olan Soltanova mübarizəni dayandırıb.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın
yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst
güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.
10:10
Bakıda təşkil edilən Avropa Olimpiya Təsnifat turnirində bu gün qadın
güləşçilər mübarizəyə qoşulacaqlar.
Cixisyolu.com-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın beş idmançısı
qüvvəsini sınayacaq.
Mariya Stadnik (50 kq) yarışa 1/4 finaldan qoşulacaq. Dünya və Avropa çempionu
yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün
qalibini sınağa çəkəcək.
Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Şimali Makedoniya)
ilə qarşılaşacaq.
Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz
yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna)
görüşünün qalibini üstələməlidir.
Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin
Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi
Xristova ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirinin ilk günündə Azərbaycanın
yunan-Roma güləşçiləri uğursuz çıxış ediblər. Turnirə aprelin 7-də sərbəst
güləşçilərin mübarizəsi ilə yekun vurulacaq.