26520845-630c-4d9b-931b-8378a6cdff0a..jpg

Avropa Oyunlarında şahmat yarışları keçiriləcək

Baxış sayı: 932 dəfə baxılıb.

Avropa Oyunlarında şahmat yarışları keçiriləcək

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat
yarışları keçiriləcək.

Avropa Şahmat İttifaqının məlumatına görə, şahmat turniri iyunun 19-da olacaq.

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı
komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat
Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən
seçiləcək. Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri
tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Source link