Avropa Oyunlarının mükafatçısı Bakıda dünya çempionu olmaq istəyir

Baxış sayı: 6. 977 dəfə baxılıb.

Avropa Oyunlarının mükafatçısı Bakıda dünya çempionu olmaq istəyir

Dünya çempionatının startını səbirsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Almaniya millisinin cüdoçusu Aleksander Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkrarlamağa çalışacağını söyləyib.

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində yerli cüdoçu yer almayacaq.

Qeyd edək ki, Aleksander Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com