Avropa şirkətləri rus almazlarını almaqdan imtina edir
Avropa zərgərlik şirkətləri Rusiya almazlarından hazırlanmış brilyantları
almaqdan imtina etməyə başlayıblar. Xammalın tədarükü isə artıq tətbiq edilmiş
sanksiyalara daxil deyil.
Sıralarında “Cartier” və “Tiffany & Co” kimi şirkətlər olan bir neçə tanınmış
brend artıq Rusiyanın “Alrosa” şirkətindən brilyant almaqdan imtina edib.
Bundan əlavə, dəbdəbəli malların istehsalı üzrə ixtisaslaşan İsveçrənin
“Richemont” şirkətinin rəhbərləri “Alrosa” nümayəndələrinin iştirakı səbəbilə
Məsul Zərgərlik Şurasından çıxdıqlarını açıqlayıblar.
“Alrosa” ABŞ və Böyük Britaniya tərəfindən də sanksiyalara məruz qalsa da, ABŞ
hakimiyyəti qadağaların brilyantlara deyil, yalnız xammala aid olduğunu
açıqlayıb.
Mənbə: Lenta.ru