“Böyük yeddilik” (G7) sammitində yekun qərar ABŞ-ın iştirakı olmadan imzalana bilər.
ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron öz “Twitter” hesabında yazıb.
“Ola bilsin ki, ABŞ prezidenti tədric olunmağa qarşı deyil, biz də 6 ölkə ilə saziş imzalanmağa qarşı deyilik”, – fransalı lider bildirib.
“Reuters”in verdiyi məlumata görə, Makron əlavə edib ki, dünya nəhəngləri iqtisadiyyatda hər hansı ölkənin vahid hegemonluğunu qəbul etməyəcək.
“ABŞ olmadan da G7-nin digər altı ölkəsi daha böyük bazarı təmsil edir”, – Fransa prezidenti bildirib.
Belə açıqlamalara səbəb Vaşinqtonla G7 həmkarları arasında rüsumlar və ticarət tənzimlənməsi barədə məsələləri olub.
“Böyük yeddilik” sammiti iyunun 8-9-da Kanadanın Kvebek şəhərində keçiriləcək.