882d6e52-24b2-4112-8a81-5db3270e9730..jpg

Avropada ən çox baş məşqçi dəyişikliyi baş verən liqalar açıqlanıb

Baxış sayı: 1. 012 dəfə baxılıb.

Avropada ən çox baş məşqçi dəyişikliyi baş verən liqalar açıqlanıb

Avropada ən çox baş məşqçi dəyişikliyi baş verən liqalar açıqlanıb.

Cixisyolu.com xəbər verir ki, ilk sırada Belçika çempionatıdır. Bu liqada klubların
78 faizi mövsüm ərzində çalışdırıcısını yenisi ilə əvəzləyib. İkinci yerdə
Almaniya Bundesliqasıdır. “Böyük beşlik” ölkəsində klubların 61 faizi baş
məşqçisini dəyişib. İlk “üçlüy”ü Fransa Liqa 1 qapayır. Orada bu rəqəm 60
faizdir.

“10-luq”da Portuqaliya (56 faiz), Niderland (50 faiz), İngiltərə (45 faiz),
İtaliya (40 faiz), İspaniya (35 faiz), Avstriya və Şotlandiya (hər ikisi 33
faiz) çempionatları da yer alıb.

Siyahıya Azərbaycan Premyer Liqası düşməyib. Ancaq maraq üçün qeyd edək ki, bu
mövsüm çempionatımızda iki baş məşqçi dəyişikliyi reallaşıb. “Kəpəz” 4-cü
turdan sonra Yaşar Vahabzadəni istefaya göndərib, onun yerinə Tərlan Əhmədovu
gətirib, “Səbail” qış fasiləsində Mahmud Qurbanovu Şahin Diniyevlə əvəzləyib.
Premyer Liqada 10 komandanın yarışdığını nəzərə alsaq, klubların 20 faizi baş
məşqçi dəyişikliyinə gedib.

Mənbə: “The Sweeper”

Source link