Avropada arılar qorunacaq

Avropada arılar qorunacaq

Baxış sayı: 2. 494 dəfə baxılıb.

Avropa İttifaqında ziyanvericilərə qarşı neonikotinoid pestisidinin satışı və istifadəsi qeyd-şərtsiz qadağan edilib.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Avropalı alimlərin hazırladığı hesabata görə, ferma və tarlalarda istifadə olunan bu pestisid bitkiləri tozlandıran arıların kütləvi şəkildə tələf olmasına yol açıb.

Sözügedən gübrənin istifadəsinə 2013-cü ildə etibarən məhdudiyyət qoyulsa da, müəyyən istisna hallar mövcud idi.

İttifaqın çıxardığı qərar istehsalçıların və bəzi fermer qruplarının narazılığına səbəb olub.

Neonikotinoid dünyanın ən geniş yayılmış pestisid fəsiləsindən olsa da, onun arı populyasiyasına olan təsiri yalnız  keçən il dərc olunan elmi işdən sonra məlum olub.

.
www.ÇıxışYolu.Com