5df73246-e5c8-4a3e-9a66-6a1adbfe13de..jpg

Avropada günün maraqlı futbol oyunları: İngiltərə və Türkiyədə derbi həyəcanı – AFİŞA

Baxış sayı: 593 dəfə baxılıb.

Avropada günün maraqlı futbol oyunları: İngiltərə və Türkiyədə derbi həyəcanı
– AFİŞA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, İngiltərə Premyer Liqasında IX tur derbi ilə
başlayacaq. Mersisayd derbisində əzəli rəqiblər – “Liverpul” və “Everton”
birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Axşam isə London
derbisi baş tutacaq. Uğursuz çıxış edən “Çelsi” doğma meydanda “Arsenal”la
üz-üzə gələcək.

“Dumanlı Albion”da bu gün, həmçinin, “Mançester Siti” – “Brayton”, “Nyukasl” –
“Kristal Pelas”, “Şeffild Yunayted” – “Mançester Yunayted” kimi digər maraqlı
oyunlar da baş tutacaq.

Fransa Liqa 1-də son çempion PSJ “Strazburq”u sınağa çəkəcək. “Marsel” isə
ikinci pillədə qərarlaşan “Nitsa”nın qonağı olacaq.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi olan
Leverkuzen “Bayer”i Almaniya Bundesliqasının VIII turunda “Volfsburq” səfərinə
yollanacaq. Son çempion “Bavariya” autsayderlər sırasında qərarlaşan “Maynts”ın
qonağı olacaq.

İtaliya A Seriyasında son çempion “Napoli” “Verona”nın, “İnter” isə
“Torino”nun qonağı olacaq.

İspaniya La Liqasında lider “Real Madrid” uğursuz mövsüm keçirən “Sevilya”nın
qonağı olacaq. Paytaxtın digər təmsilçisi “Atletiko Madrid” isə son sıralarda
qərarlaşan “Selta” ilə səfər oyununa çıxacaq.

Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq. Son çempion
“Qalatasaray” öz meydanında “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək.

Avropada günün maraqlı futbol qarşılaşmaları

21 oktyabr (şənbə)

İngiltərə Premyer Liqası

15:30. “Liverpul” – “Everton”

18:00. “Mançester Siti” – “Brayton”

18:00 “Nyukasl” – “Kristal Pelas”

20:30. “Çelsi” – “Arsenal”

23:00. “Şeffild Yunayted” – “Mançester Yunayted”

Fransa Liqa 1

19:00. PSJ – “Strazburq”

23:00. “Nitsa” – “Marsel”

Almaniya Bundesliqası

17:30. “Volfsburq” – “Bayer”

20:30. “Maynts” – “Bavariya”

İtaliya A Seriyası

17:00. “Verona” – “Napoli”

20:00. “Torino” – “İnter”

İspaniya La Liqası

20:30. “Sevilya” – “Real Madrid”

23:00. “Selta” – “Atletiko Madrid”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” – “Beşiktaş”

Faiq Tahirov

Source link