12b6ce15-377d-49ff-8d0e-67354c9f4546..jpg

Avropada günün maraqlı futbol qarşılaşmaları – AFİŞA

Baxış sayı: 532 dəfə baxılıb.

Avropada günün maraqlı futbol qarşılaşmaları – AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, İngiltərə Premyer Liqasında beş turdan sonra maksimum
xalla lider olan son çempion “Mançester Siti” “Nottinqem Forest”i qəbul edəcək.
Şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə autsayderlərdən
“Bernli” ilə üz-üzə gələcək.

Almaniya Bundesliqasında son çempion “Bavariya” öz meydanında “Bohum”u sınağa
çəkəcək. “Borussiya Dortmund” isə evdə “Volfsburq”la üz-üzə gələcək.

İtaliya A Seriyasında ötən tur “İnter”ə uduzan “Milan” azarkeşləri qarşısında
“Verona”nın müqavimətini qırmağa çalışacaq. Mövsümə yaxşı start verən
“Yuventus” isə dörd matçda cəmi üç xal toplamağı bacarmış “Sassuolo”nun qonağı
olacaq.

İspaniya La Liqasında ötən mövsümün qalibi “Barselona” evdə “Selta”nı sınağa
çəkəcək.

Türkiyə Super Liqasında son çempion “Qalatasaray” səfərdə “Başakşehir”lə
üz-üzə gələcək.

Avropada günün maraqlı futbol oyunları

23 sentyabr

İngiltərə Premyer Liqası

18:00. “Mançester Siti” – “Nottinqem Forest”

23:00. “Bernli” – “Mançester Yunayted”

Almaniya Bundesliqası

17:30. “Bavariya” – “Bohum”

17:30. “Borussiya Dortmund” – “Volfsburq”

İtaliya A Seriyası

17:00. “Milan” – “Verona”

20:00. “Sassuolo” – “Yuventus”

İspaniya La Liqası

20:30. “Barselona” – “Selta”

Türkiyə Super Liqası

21:00. “Başakşehir” – “Qalatasaray”

Source link