Avropada qazın kəskin ucuzlaşacağı proqnozlaşdırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2024-cü ildə Avropada qazın spot qiymətləri keçən illə müqayisədə 23% enə
bilər.
Bununla bağlı proqnozları “Fitch” reytinq agentliyinin analitikləri verib.
Ekspertlərin gözləntilərinə əsasən, Avropanın ən böyük TTF (Niderland)
qovşağında min kubmetr qazın orta qiyməti bir il əvvəl 459 dollarla (780 manat)
müqayisədə 353 dollara (600 manat) düşəcək.
Əvvəlki proqnoz enerji daşıyıcısının maya dəyərinin min kubmetr üçün 423,6
dollara (720 manat) qədər azalmasını nəzərdə tuturdu. Ekspertlər qeyd ediblər
ki, bölgədə yanacağa tələbatın az və yeraltı qaz anbarlarının (QQS)
ehtiyatlarının çox olması ilə əlaqədar olaraq, qiymətləndirmə yenidən nəzərdən
keçirilib.
Mənbə: gazeta.ru