30f29eb3-92ec-4f1d-9d3a-898c650d4d83..jpg

Avropada qazın qiyməti kəskin ucuzlaşdı

Baxış sayı: 1. 117 dəfə baxılıb.

Avropada qazın qiyməti kəskin ucuzlaşdı

Dekabrın 27-də günortadan sonra keçirilən ticarət əməliyyatları zamanı
Avropada qazın qiyməti fevralın 22-dən bəri ilk dəfə olaraq min kubmetr üçün
təxminən 850 dollara düşüb.

Bunu ICE London Fond Birjasının məlumatları təsdiq edir.

Yanvarda tədarük ediləcək qazın fyuçerslərinin dəyəri altı faizdən çox
ucuzlaşaraq, ən aşağı nöqtədə 1000 kubmetr üçün 852 dollara çatıb. Sonradan
qiymətlər bir qədər artaraq 896 dollaradək yüksəlib.

Qeyd edək ki, qaz dekabrın 7-dən ucuzlaşır.

Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, yanacağın
dəyəri artıq bir il əvvəlkindən aşağıdır. 2021-ci ilin dekabr ayının sonunda
qazın min kubmetri təxminən 1000 dollara satılırdı.

Mənbə: lenta.ru

Source link