a9a7ea73-0e8f-49a1-b768-eeb13d60d3ad..jpg

Avropada qazın qiyməti min kubmetr üçün 600 dollardan aşağı düşüb

Baxış sayı: 914 dəfə baxılıb.

Avropada qazın qiyməti min kubmetr üçün 600 dollardan aşağı düşüb

Avropada qazın qiyməti min kubmetr üçün 600 dollardan aşağı düşüb.

Bu göstərici Avropada birja ticarəti zamanı 2021-ci ilin avqust ayının
sonundan bəri ilk dəfə olaraq qeydə alınıb.

Bu barədə Londonun ICE birjası məlumat verib.

Avropa İttifaqının ən böyük TTF mərkəzində fevral fyuçerslərinin dəyəri
çərşənbə axşamı min kubmetr üçün 599 dollara düşüb.

Bundan əvvəl Almaniyanın Federal Şəbəkə Agentliyi Avropada təbii qaz
qiymətlərinin sabitləşdiyini elan etmiş, həmçinin kəskin artması riskləri
barədə də xəbərdarlıq etmişdi. Bildirildiyinə görə, qışın soyuq keçməsi, Çinin
qaz istehlakının artması və qaz infrastrukturunun təhlükəsizliyi sahəsində
problemlərin yaranması yanacağın qiymətinə mənfi təsir göstərə bilər.

Mənbə: AİF.ru

Source link