Avropada spinnerlərin satışı dayandırıla bilər

Avropada spinnerlərin satışı dayandırıla bilər

Baxış sayı: 2. 616 dəfə baxılıb.

Avropa Komissiyası spinnerləri  insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarının siyahısına daxil edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə təşkilatın illik hesabatında qeyd olunub.

“Stres çarxı”, bu və ya digər riskli məhsullar barədə bildiriş göndərən sistemə əlavə edilib.

Qaydaya görə, belə bildiriş Avropa İttifaqı ölkələri arasında zərərli mallar haqqında ani məlumat mübadiləsi aparmağa və onları operativ şəkildə satışdan çıxarmağa kömək edir.

Hər hansı Aİ ölkəsində müəyyən mal zərərli məhsul kimi tanındığı təqdirdə, bu barədə informasiya digər üzv dövlətlərə də yayılır.

Spinnerin təhlükəli mallar siyasına düşməsinə səbəb, içində azyaşlı uşağın uda biləcəyi xırda detalların olmasıdır.

Hesabatda qeyd olunur ki, bu xüsusilə elektrik işıqlandırma ilə təciz olunmuş, içində xırda batareyaları olan spinnerlərə şamil olunur.  Onlar orqanizmə düşdükdə qida borusu və bağırsaqları yandıra bilər.

.
www.ÇıxışYolu.Com