Avropada yeni futbol turniri keçiriləcək

Baxış sayı: 2. 719 dəfə baxılıb.

Avropada yeni futbol turniri keçiriləcək

Avropada yeni futbol turniri keçiriləcək.

ÇıxışYolu.Com Football Italia nəşrinə istinadən xəbər verir ki, bunu Avropa klubları Assosiasiyasının rəhbəri, “Yuventus” klubunun prezidenti Andrea Anyelli bəyan edib. 

O bildirib ki, UEFA bu təşəbbüsə müsbət yanaşıb. 2021-2022 mövsümündən etibarən yeni turnirdə 96 klub qüvvəsini sınaya biləcək. 

Qeyd olunur ki, yeni turnirin formatı UEFA Kuboklar Kuboku yarışının formatına oxşayır. UEFA Kuboklar Kuboku 1999-cu ildən keçirilmir.

www.ÇıxışYolu.Com