Avropanın ən zəngin insanı məlum oldu

Avropanın ən zəngin insanı məlum oldu

Baxış sayı: 2. 606 dəfə baxılıb.

“Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun prezidenti Bernar Arno Avropanın ən zəngin insanıdır.

ÇıxışYolu.Com “Bloomberg”ə istinadən xəbər verir ki,  onun varidatı 70,7 milyard dollara yaxındır.

Agentliyin məlumatına görə, onun birinciliyə qalxmasına, “Christian Dior” şirkətinin səhmlərinin bahalaşması təkan verib.

Beləcə, fransız biznesmen  buna qədər qitənin ən zəngin sakini sayılan ispaniyalı iş adamı Amansio Orteqanı (“İnditex” şirkətlər qrupunun təsisçisi) geridə qoyub. Sonuncunun kapitalı 70,2 milyard dollar təşkil edir.

Qeyd edək ki, Bernar Arno dünyanın ən zəngin insanlarının “top-onluğunda” dördüncü yerdə qərarlaşıb.

.
www.ÇıxışYolu.Com