Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi

Baxış sayı: 3. 006 dəfə baxılıb.

Avropanın ən cazibəli turist məkanı müəyyənləşdi

Avropanın “Eurostat” statistik agentliyinin apardığı tədqiqatlar nəticəsində Köhnə qitənin turistlər arasında daha çox populyarlığa malik bölgəsi müəyyənləşdirilib. Məlumatlar 2016-cı ili əhatə edir.

ÇıxışYolu.Com xəbər verir ki, hesablamaların asanlığı üçün ən populyar yerlərdə keçirilən gecələr nəzərə alınıb.

Nəticədə böyük fərqlə birinci pilləni Kanar adaları tutub. Buranın mehmanxanalarında turistlər 103 milyon dəfə gecələyiblər.

İkinci yerdə 80 milyon gecə göstəricisi ilə Kataloniya qərarlaşıb.

İlk üçlüyü Xorvatiyanın Adriatik sahilləri qapayır. Bu bölgədə turistlər 75 milyon gecə keçiriblər.

2017-ci il üçün hesablamalar oktyabrda təqdim ediləcək.

www.ÇıxışYolu.Com