Avropanın ən yaxşı futbol klubu açıqlandı – FOTO

Baxış sayı: 2. 806 dəfə baxılıb.

Avropa Klublar Assosiasiyası (ECA) 2018-ci ilin ən yaxşı komandalarını müəyyənləşdirib.

ÇıxışYolu.Com xəbər verir ki, qaliblərin adları qurumun Xorvatiyanın Split şəhərində keçirilmiş XXI Baş Assambleyasında açıqlanıb. 

İlin komandası adına ötən mövsüm Çempionlar Liqasını qazanmış İspaniyanın “Real” klubu layiq görülüb. Ötən mövsüm Avroliqada yarımfinaladək irəliləmiş Avstriyanın “Zaltsburq” klubu ən yaxşı inkişafa nail olmuş komandası seçilib.

Belçikanın “Qent” klubu sosial məsuliyyət proqramına görə mükafatlandırılıb. Ən yaxşı qadın komandaları adına isə iki klub layiq bilinib. Bunlar London klublarıdır: “Arsenal” və “Çelsi”.

El Real Madrid, elegido Club Europeo del Año 2018 por la ECA

Avropanın ən yaxşı futbol klubu açıqlandı – FOTO

Avropanın ən yaxşı futbol klubu açıqlandı – FOTO

Avropanın ən yaxşı futbol klubu açıqlandı – FOTO

Qeyd edək ki, hazırda ECA-da Azərbaycanın üç klubu təmsil olunur. “Qarabağ” və “Neftçi” tamhüquqlu, “Qəbələ” isə assosiativ üzv statusuna malikdir. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com