Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

Baxış sayı: 2. 531 dəfə baxılıb.

Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi

Avropada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

ÇıxışYolu.Com UEFA-nın saytına istinadən xəbər verir ki, “Real”ın yarımüdafiəçisi Luka Modriç ötən mövsümün ən yaxşı oyunçusu seçilib. 

O, səsvermədə sabiq komanda yoldaşı, hazırda “Yuventus”da çıxış edən Kriştianu Ronaldu və “Liverpul”un hücumçusu Məhəmməd Salahı qabaqlayıb.

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılıb.

Qeyd edək ki, Modriç ötən mövsüm “Real”la Çempionlar Liqasının qalibi olub.

Çempionlar Liqasında 2017/2018 mövsümünün ən yaxşıları da müəyyənləşib. UEFA-nın saytının xəbərinə görə, Serxio Ramos (“Real”) ən yaxşı müdafiəçi, Luka Modriç (“Real”) ən yaxşı yarımmüdafiəçi, Kriştianu Ronaldu (“Real”/”Yuventus”) ən yaxşı hücumçu, Keylor Navas (“Real”) ən yaxşı qapıçı seçilib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com