5f04b3fb-a9c9-4d3f-ad47-9a5360578a2a..jpg

Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək – AFİŞA

Baxış sayı: 704 dəfə baxılıb.

Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək –
AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, İngiltərə Premyer Liqasında son üç oyunu qələbə ilə
başa vuran “Liverpul” öz meydanında “Vulverhempton”u sınağa çəkəcək. Qarşılaşma
saat 15:30-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.)
başlayacaq. Saat 18:00-da daha üç maraqlı matç start götürəcək. Lider
“Mançester Siti” mövsümə uğurlu başlanğıc edən “Vest Hem”in qonağı olacaq.
“Tottenhem” “Şeffild Yunayted”i qəbul edəcəksə, “Mançester Yunayted” “Brayton”
qarşısında şans axtaracaq. Saat 20:30-da isə “Nyukasl” və “Brentford” üz-üzə
gələcəklər.

Almaniya Bundesliqasında doqquzuncu pillədə qərarlaşan “Borussiya Dortmund”
səkkizinci yerdə olan “Frayburq”un qonağı olacaq. Görüş saat 17:30-da
başlayacaq.

İtaliya A Seriyasında üçüncü pillədə yer alan “Yuventus” üç turda eyni sayda
xal toplamış “Latsio”nu qəbul edəcək. Oyunun start fiti saat 17:00-da
səslənəcək. Üç saat sonra Milan derbisi baş tutacaq. Bu mövsüm maksimum –
doqquz xal toplayan və ilk iki pilləni bölüşdürən şəhərin eyniadlı komandası və
“İnter” “Cüzeppe Meatsa”da münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 22:45-də
isə son çempion “Napoli” “Cenoa”nın qonağı olacaq.

İspaniya La Liqasında günün ilk maraq doğuran qarşılaşması “Atletiko Madrid”
və “Valensiya” arasında ikincilərin meydanında baş tutacaq. Görüşün start fiti
saat 18:15-də səslənəcək. 23:00-da isə son çempion “Barselona” meydana çıxacaq.
Üç matçda yeddi xal toplayan Kataloniya klubu “Betis”i sınağa çəkəcək.

Türkiyə Super Liqasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin
yenicə transfer olunduğu “Adana Demisrpor” saat 21:00-da başlayacaq ev oyununda
“Pendikspor”un müqavimətini qırmağa çalışacaq. Son çempion “Qalatasaray” isə
“Samsunspor”u sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 22:45-də səslənəcək.

Avropada günün maraqlı futbol oyunları

16 sentyabr

İngiltərə Premyer Liqası

15:30. “Vulverhempton” – “Liverpul”

18:00. “Mançester Yunayted” – “Brayton”

18:00. “Tottenhem” (London) – “Şeffild Yunayted”

18:00. “Vest Hem” (London) – “Mançester Siti”

20:30. “Nyukasl” – “Brentford”

Almaniya Bundesliqası

17:30. “Frayburq” – “Borussiya Dortmund”

İtaliya A Seriyası

17:00. “Yuventus” (Turin) – “Latsio” (Roma)

20:00. “İnter” (Milan) – “Milan”

22:45. “Cenoa” (Genuya) – “Napoli” (Neapol)

İspaniya La Liqası

18:15. “Valensiya” – “Atletiko Madrid”

23:00. “Barselona” – “Betis” (Sevilya)

Türkiyə Super Liqası

21:00. “Adana Demirspor” – “Pendikspor”

21:00. “Qalatasaray” (İstanbul) – “Samsunspor”

Faiq Tahirov

Source link